Okan Buruk: "Hakim matç ərzində əleyhimizə qərarlar verdi"

19-09-2025, 10:16           
Okan Buruk: "Hakim matç ərzində əleyhimizə qərarlar verdi"
"İtalyan hakim matç ərzində əleyhimizə qərarlar verdi".

Oxu.Az-ın "Fotomaç"a istinadən verdiyi xəbərə görə, bunu "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında səfərdə "Ayntraxt Frankfurt"a 1:5 hesablı məğlubiyyətini şərh edərkən deyib.

O bildirib ki, hakim Barış Yılmazın real qolunun qarşısını kəsib:

"Hakimi bəyənmədim. O, oyunu daha çox dayandırmağa çalışırdı. Oyundan erkən qopduq. Şanssız qollar buraxdıq".

Okan Buruk məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Bu nəticə mənim məsuliyyətimdədir. Sadəcə olaraq şanssız oyun keçirdik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]