Everestdən xizəklə endi, rekord qırdı - VİDEO

29-09-2025, 00:11           
Everestdən xizəklə endi, rekord qırdı - VİDEO
Alpinizm tarixində görünməmiş bir nailiyyət əldə edilib. Polşalı ekstremal idmançı Andrzej Bargiel əlavə oksigen istifadə etmədən dünyanın ən hündür zirvəsi olan Everest dağına qalxmaq üçün bütün gücünü səfərbər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, amma tarix yazan əsl hərəkət onun zirvəyə çatdıqdan sonra xizəklə enişi olub.

Bu qeyri-adi şücaətlə Bargiel nəinki öz rekordunu qırıb, həm də alpinizm dünyasında yeni səhifə açıb.

Dünyanın ən yüksək zirvəsi olan Everest dağının zirvəsinə çatdıqdan sonra instaqram hesabında video paylaşıb:

“Mən dünyanın ən yüksək dağının zirvəsindəyəm və xizəklə enirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]