Almaniya millisinə qələbə üçün bir qol kifayət etdi 14-10-2025, 08:58 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində daha səkkiz qarşılaşma keçirilib.Oxu.Az xəbər verir ki, A qrupunda mundiala vəsiqə qazanmaq uğrunda Şimali İrlandiya və Almaniya milliləri üz-üzə gəliblər.Qrupun dördüncü turunun görüşündə Almaniya millisi səfərdən minimal hesablı qələbə ilə qayıdır - 0:1.Matçda yeganə qolu Nik Voltemade vurub.Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:Ukrayna - Azərbaycan - 2:1;İslandiya- Fransa - 2:2;Şimali Makedoniya - Qazaxıstan - 1:1;Slovakiya - Lüksemburq - 2:0;Sloveniya - İsveçrə - 0:0;Uels - Belçika - 2:4;İsveç - Kosova - 0:1. Facebook-da paylaş