Şahmat üzrə yeni dünya çempionatı: Mükafat fondu 3 milyon dollara yaxın olacaq

16-10-2025, 17:44           
Şahmat üzrə yeni dünya çempionatı:
Beynəlxalq Şahmat Federasiyası (FIDE) "Norway Chess" turnirinin təşkilatçılarının yeni dünya çempionatına başlamaq təşəbbüsünü qəbul edib.

FIDE saytı xəbər verir ki, yarış klassik və sürətli şahmatı birləşdiriləcək.

Dünya birinciliyinə təqvim ilində planetin müxtəlif şəhərlərində keçiriləcək dörd turnir daxil olacaq. Yarışların yekunu üzrə klassik, blits və sürətli şahmat üzrə ümumi çempion müəyyənləşəcək.

Turnirin ümumi mükafat fondu ildə 2.7 milyon dollar təşkil edəcək. Şahmatçılar ilk üç turnirin hər birində 750 min dollar, finalda isə əlavə 450 min dollar uğrunda mübarizə aparacaqlar.

Gələn ilin payızında sınaq turnirinin keçirilməsi, ilk tam mövsümün isə 2027-ci ildə başlaması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]