Vinisius həbs edilə bilər

16-10-2025, 12:58           
Vinisius həbs edilə bilər
"Real Madrid"in yarımmüdafiəçisi Vinisius Junior Rio-de-Janeyroda 25 yaşının tamam olması münasibətilə iyulun 19-u axşamdan iyulun 21-i səhərə qədər təşkil etdiyi əyləncə gecəsi zamanı başqalarının işini və ya rahatlığını pozmağa görə cəzalandırıla bilər.

"O Globo" nəşri xəbər verir ki, futbolçu konsertlər, o cümlədən reper Trevis Skottun çıxışı, fişənglər və hətta attraksionlar daxil olmaqla, təntənəli əyləncə gecəsi təşkil edib.

Tədbirdə təxminən 500 nəfər olub.

Vinisiusa qarşı məhkəmə işi toy və şənliklər kimi böyük tədbirlər üçün nəzərdə tutulmuş malikanənin qonşusunun şikayəti əsasında qaldırılıb.

Şikayətçi yüksəksəsli musiqi və qışqırıq səsləri eşidərək polis çağırdığını, iştirakçılardan səsi azaltmağı xahiş etdiyini bildirib. Vinisius və qonaqları polis əməkdaşlarının göstərişlərini yerinə yetiriblər, lakin onlar getdikdən sonra səs yenidən olduqca yüksək olub.

Bu iş üzrə ilkin dinləmə 6 noyabr tarixində keçiriləcək. Braziliya qanunvericiliyinə görə, "başqalarının işini və ya rahatlığını pozmaq" 15 gündən üç aya qədər həbs cəzası və ya cərimə ilə cəzalandırıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]