PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir

18-10-2025, 16:24           
PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir
Fransanın PSJ klubu “Barselona”nın (İspaniya) 18 yaşlı futbolçusu Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir.

Tribuna İnformasiya Agentliyi “Goal”a istinadən xəbər verir ki, Paris təmsilçisi gənc futbolçu üçün 277 milyon dollar ödəməyə hazırdır.

Yamalın Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir və anlaşmasında 1 milyard dollar məbləğində sərbəst qalma bəndi var. Buna baxmayaraq Fransa təmsilçisi İspaniya klubunun üzvü ilə ciddi şəkildə maraqlanır.

PSJ nümayəndələri-nin artıq danışıqlara başladıqları, hələlik rəsmi təklif irəli sürmədikləri bildirilir.

Qeyd edək ki, L.Yamal cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 5 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]