“Sabah çəkinmədən mübarizə aparacağıq” –Qurban Qurbanov

22-10-2025, 00:17           
“Sabah çəkinmədən mübarizə aparacağıq” –Qurban Qurbanov
“Sabah çox yaxşı komandaya qarşı oynayacağıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə keçiriləcək III tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin oyun tempinə tab gətirməyə çalışacaqlarını deyib: “İstəyirik ki, azarkeşlər oyunumuzdan razı qalsınlar. Rəqibin təcrübəli baş məşqçisi var. Özünəxas oyun üslubu olan kollektivdir. Çox dinamik və sürətli oynayan komandadır. Bizim də təcrübəmiz ildən-ilə artır. Rəqib xal qazanmaq üçün çox istəklidir. Hər bir halda biz də yaxşı nəticə üçün çalışacağıq. Oyundan-oyuna məsuliyyətimiz və həvəsimiz daha da artır. İki matç və iki qələbə çox ümidvericidir. Ölkə futbolu üçün də olduqca önəmlidir. Həmişə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq. Bu dəfə də çəkinmədən mübarizə aparacağıq”.

Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]