Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqib baş məşqçilərə ötürülüb

4-11-2025, 12:08           
Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqib baş məşqçilərə ötürülüb
"Keçən həftə Türkiyə Superliqasında "Başakşəhər"ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb".

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bunu "Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut deyib.

O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də "Eyüpspor"la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".

Xatırladaq ki, "Antalyaspor" evdə "Başakşəhər"ə 0:4 hesabı ilə uduzmuşdu. "Eyüpspor"a isə səfərdə 0:1 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]