EURO-2028-in final matçının keçiriləcəyi stadion açıqlandı

13-11-2025, 11:08           
EURO-2028-in final matçının keçiriləcəyi stadion açıqlandı
EURO-2028-in final matçı "Uembli" stadionunda keçiriləcək.

Bu barədə UEFA-nın saytı xəbər verir.

Bildirilir ki, 2028-ci ildə Avropa çempionatının 51 matçı İngiltərə, Uels, Şotlandiya və İrlandiya Respublikasının 8 şəhərindəki 9 stadionunda keçiriləcək.

Bura Kardiff, Dublin, Qlazqo, Nyukasl, Mançester, Liverpul, Birmingem, London şəhərləri daxildir.

Turnirin açılış oyunu 2028-ci il iyunun 9-da Kardiffdəki "Millenium" stadionunda, final qarşılaşması isə iyulun 9-da Londondakı "Uembli" stadionunda baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]