100 illik İtaliya klubu fəaliyyətini dayandırdı

1-12-2025, 07:54           
100 illik İtaliya klubu fəaliyyətini dayandırdı
İtaliyanın C Seriyasında çıxış edən "Rimini" futbol klubu özünün ləğv olunması səbəbi ilə çempionatdan çəkilib.

TEREF xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, klubun gənclər komandalarının gələcək fəaliyyəti də sual altındadır.

"Rimini" 1912-ci ildə təsis olunub. Tarixi ərzində klub iki dəfə C Seriyasının qalibi olub - 1975/1976 və 2004/2005 mövsümlərində. Klubun ən böyük uğuru 2006/2007 mövsümündə B Seriyasında tutduğu 5-ci yer olub.

Samir Handanoviç, Alessandro Matri, Serco Flokkari, Matteo Briqi və digər tanınmış futbolçular "Rimini"nin heyətində çıxış ediblər. /Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]