Britaniya məhkəməsi ukraynalı futbolçuya qadağa qoydu

11-12-2025, 15:14           
Britaniya məhkəməsi ukraynalı futbolçuya qadağa qoydu
Böyük Britaniyada məhkəmə "Çelsi"nin ukraynalı futbolçusu Mixail Mudrikə yenidən avtomobil idarə etməyi qadağan edib, həmçinin cərimələyib.

Moderator.az bu barədə "Sovsport" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Mudrikə sentyabrda avtomobil idarə etmək qadağan edilmişdi. Lakin buna baxmayaraq o, sükan arxasına oturub. Buna görə də futbolçu bir il davam edəcək başqa bir qadağaya məruz qalıb.

Həmçinin məhkəmə Mudrikə 60 saat ictimai iş və 199 funt sterlinq məbləğində cərimə təyin edib.

Xatırladaq ki, Mudrik son zamanlar "Çelsi"nin oyunlarda iştirak etmir. Keçən ilin sonunda məlum olmuşdu ki, ukraynalı futbolçunun dopinq testində qadağan olunmuş maddə aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]