Britaniyada eynicinsli cütlüyün buz üstündə rəqs yarışında iştirakına icazə verildi

11-12-2025, 12:24           
Britaniyada eynicinsli cütlüyün buz üstündə rəqs yarışında iştirakına icazə verildi
Britaniya Fiqurlu Konkisürmə Federasiyası növbəti mövsümdən (2026/27) başlayaraq, eynicinsli duetlərin öz himayəsi altında keçirilən buz üzərində rəqs yarışlarında iştirak etməsinə icazə verib.

Bu barədə federasiyanın saytı xəbər verir.

Lakin bu cür duetlər Beynəlxalq Konkisürmə İttifaqının (ISU) himayəsi altındakı yarışlarda iştirak edə bilməyəcəklər.

ISU-nun qaydalarına əsasən, duetləri və idman cütlükləri kişi və qadından ibarət olmalıdır.

Qeyd edək ki, ilk dəfə sözügedən icazəni 2022-ci ildə Kanadanın Fiqurlu Konkisürmə Federasiyası verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]