30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı - Messi və Ronaldo yoxdur

21-12-2025, 11:24           
30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı -
Nüfuzlu "Transfermarkt" portalı dünyanın 30 yaşdan yuxarı ən bahalı 10 oyunçusunun yenilənmiş reytinqini açıqlayıb.

TEREF xəbər verir ki, siyahıya 65 milyon avro dəyərində qiymətləndirilən "Bayern Münhen"in 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir. İkinci yerdə onun 30 yaşlı komanda yoldaşı, alman yarımmüdafiəçi Yoşua Kimmix (40 milyon avro) qərarlaşıb, üçüncü yerdə isə "Mançester Yunayted"in 31 yaşlı portuqaliyalı oyunçusu Bruno Fernandes (40 milyon avro) gəlir.

Tam reytinq aşağıdakı kimidir:

Harri Keyn ("Bayern", 32) - 65 milyon avro.

Yoşua Kimmix ("Bayern", 30) - 40 milyon avro.

Bruno Fernandes ("Mançester Yunayted", 31) - 40 milyon avro.

David Raya ("Arsenal", 30 yaş) - 35 milyon avro.

Markinyus (PSJ, 31 yaş) - 30 milyon avro.

Məhəmməd Salah ("Liverpul", 33 yaş) - 30 milyon avro.

Andre Zambo-Anqissa ("Napoli", 30 yaş) - 27 milyon avro.

Bernardu Silva ("Mançester Siti", 31 yaş) - 27 milyon avro.

Joau Palinya ("Tottenhem", 30 yaş) - 25 milyon avro.

Cek Qriliş ("Everton", 30 yaş) - 25 milyon avro.

Qeyd edək ki, ulduz hücumçular - portuqaliyalı Kriştianu Ronaldu (12 milyon avro) və Lionel Messi (15 milyon avro) reytinqə daxil edilməyib.
Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]