Lionel Messi bacısının toyuna hazırlaşarkən ağır xəbərlə qarşılaşdı
25-12-2025, 10:24
Argentinalı futbolçu Lionel Messi bacısının toyuna hazırlaşdığı bir vaxtda ağır xəbərlə qarşılaşıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçunun bacısı, 32 yaşlı Mariya Sol Messi ABŞ-ın Mayami şəhərində idarə etdiyi avtomobillə yol-nəqliyyat qəzası keçirib.
Qəza nəticəsində məşhur futbolçunun bacısı iki fəqərə sınığı, daban və topuq sınığı, eləcə də ciddi yanıqlar alıb. Yaralı dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və hazırda müalicəsi davam etdirilir.
Məlumata görə, qəzaya Mariyanın sükan arxasında olarkən səhhətinin qəfil pisləşməsi səbəb olub.
Qeyd edək ki, Messinin bacısının 3 yanvar 2026-cı il tarixində “İnter Mayami”nin U-19 komandasının məşqçisi Xulian (Julián) “Tuli” Arellano ilə toy mərasimi planlaşdırılırdı. Baş verən qəza səbəbindən toy mərasimi təxirə salınıb.