"Real Madrid"də ciddi itki: Mbappe superkubok oyunlarını buraxacaq 1-01-2026, 00:10 "Real Madrid"in fransalı futbolçusu Kilian Mbappe diz bağlarından aldığı zədə səbəbindən azı üç həftə meydanlardan kənarda qalacaq.Oxu.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.Məlumata görə, hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku uğrunda oyunları buraxmalı olacaq.Qeyd edək ki, turnirdə "Real"dan başqa "Barselona", "Atletik Bilbao" və "Atletiko Madrid" də iştirak edəcək. Facebook-da paylaş