“Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub etdi

6-01-2026, 10:34           
“Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub etdi
Türkiyə Superkubokunun ilk yarımfinal matçında “Qalatasaray” “Trabzonspor”u böyük hesabla məğlub edərək adını finala yazdırıb.

Qaziantep Böyükşəhər Stadionunda keçirilən qarşılaşma “sarı-qırmızılılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray”ın qollarını Barış Alper Yılmaz (38′), Eren Elmalı (45+3′), Yunus Akgün (63′) və Mauro İkardi (81′) müəlliflik ediblər. “Trabzonspor”un yeganə qolunu isə 55-ci dəqiqədə Felipe Auqusto vurub.

Qeyd edək ki, bu il ilk dəfə dörd komandanın iştirakı ilə (“dördlər finalı”) keçirilən turnirin digər yarımfinal oyunu yanvarın 6-da “Fənərbaxça” və “Samsunspor” arasında baş tutacaq. Turnirin həlledici final matçı isə yanvarın 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]