Niderlandlı futbolçunun qeyri-adi seriyası davam edir

7-01-2026, 10:24           
Niderlandlı futbolçunun qeyri-adi seriyası davam edir
İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Matteys de Lixt qeyri-adi seriyası ilə diqqət çəkir.

TEREF xəbər verir ki, niderlandlı müdafiəçi peşəkar karyerası ərzində heç vaxt bir baş məşqçinin rəhbərliyi altında ardıcıl 2 mövsüm keçirməyib.

26 yaşlı oyunçu indiyədək çıxış etdiyi bütün klublarda bu halla üzləşib. O, “Ayaks”da Peter Boş, Marsel Keyzer və Erik ten Xaq, “Yuventus”da Mauritsio Sarri, Andrea Pirlo və Massimiliano Alleqri, “Bavariya”da Yulian Naqelsman və Tomas Tuxellə işləyib.

Futbolçu “Mançester Yunayted”də isə artıq Erik ten Haq və Ruben Amorimin başçılığı altında çıxış edib. Portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi onun qeyri-adi seriyasının uzanmasına səbəb olub.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]