Arda Gülər dünyanın ən bahalı futbolçularından biri oldu

8-01-2026, 12:38           
Arda Gülər dünyanın ən bahalı futbolçularından biri oldu
"CIES Football Observatory" tərəfindən hazırlanan yeni reytinq futbol dünyasında böyük ajiotaj yaradıb.

TEREF "Oxu.Az"a istinadən xəbər verir ki, reytinqə əsasən "Barselona"nın gənc ulduzu Lamin Yamalın dəyəri 300 milyon avro həddini keçib.

CIES-in 2026-cı ilin əvvəlində dərc etdiyi "Ən bahalı futbolçular" siyahısında digər diqqətəlayiq ad "Real Madrid"də oynayan Arda Gülerdir. 130,3 milyon avro dəyərindəki türkiyəli gənc yarımmüdafiəçi reytinqin ilk onluğuna düşməyi bacarıb.

Beləliklə də, dünyanın ən dəyərli 10 futbolçusunun siyahısı aşağıdakı kimidir:

1. Lamin Yamal (İspaniya, "Barselona") - 343,1 milyon avro;

2. Erlinq Holand (Norveç, "Mançester Siti") - 255,1 milyon avro;

3. Kilian Mbappe (Fransa, "Real Madrid") - 201,3 milyon avro;

4. Cud Bellinqem (İngiltərə, "Real Madrid") - 153,1 milyon avro;

5. Maykl Olise (Fransa, "Bavariya") - 136,9 milyon avro;

6. Florian Virts (Almaniya, "Liverpul") - 135,8 milyon avro;

7. Dezire Due (Fransa, PSJ) - 134,6 milyon avro;

8. Joao Neveş (Portuqaliya, PSJ) - 130,6 milyon avro;

9. Arda Güler ​​(Türkiyə, "Real Madrid") - 130,3 milyon avro;

10. Pedri Qonzales (İspaniya, "Barselona") - 130 milyon avro.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]