"Real Madrid"in yeni baş məşqçisi açıqlandı 13-01-2026, 11:24 İspaniyanın "Real Madrid" komandasının yeni baş məşqçisi açıqlanıb.Bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.Madrid kollektivini İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan Alvaro Arbeloa çalışdıracaq.Müqavilənin detalları barədə açıqlama verilməyib.Qeyd edək ki, Alvaro Arbeloa bu gün baş məşqçi postundan ayrılan Xabi Alonsonu əvəzləyib.Arbeloa 2025-ci ilin yayından bəri "Real"ın ikinci komandası olan "Kastilya"ya rəhbərlik edib. Facebook-da paylaş