Mali millisinə Afrika Millətlər Kubokunda qalibiyyət vəd edən cadugər həbs edildi

14-01-2026, 11:44           
Mali millisinə Afrika Millətlər Kubokunda qalibiyyət vəd edən cadugər həbs edildi
Mali millisinin Afrika Millətlər Kubokunda qalib olacağına zəmanət verərək 39 min dollar toplayan Sinayoqo adlı şəxs komandanın dörddəbir finalda Seneqala uduzmasından sonra azarkeşlərin hücumuna məruz qalıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Sinayoqo hadisədən sonra polis tərəfindən saxlanılıb.

"Malidə belə əməllər qanunla cəzalandırılır. Ancaq komanda turnirdən kənarlaşmazdan əvvəl onun saxlanılması çətin olardı", - deyə Mali təhlükəsizlik xidmətinin açıqlamasında bildirib

Qeyd edək ki, Mali milli komandası son illərdə Afrika futbolunda inkişaf edən komandalardan olsa da, hələ də Afrika Millətlər Kubokunu qazana bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru