Qanalı cadugər İngiltərə millisinə meydan oxudu - "Ovsunlamışam, görəcəksiniz..."

Bu gün, 00:14           
Qanalı cadugər İngiltərə millisinə meydan oxudu -
Qanalı məşhur cadugər Nana Kvaku Bonsam ölkəsinin İngiltərə millisi ilə keçiriləcək qarşılaşmasından öncə rəqib komandanın lideri Harri Keyni
SAVASHMEDİA.az xəbər verir ki, Bonsam İngiltərə millisinin hücumçusunun Qanaya qarşı effektiv çıxış etməsinin qarşısını almaq üçün xüsusi ayinlər həyata keçirdiyini bildirib.

“Harri Keyn üzərində işləyirəm. Daha əvvəl nəyə qadir olduğumu göstərmişəm. Onun ciddi zədə almasını istəmirəm, amma Qanaya qarşı oyunda təsirli olmasının qarşısını alacağam”, - o bildirib.

Qeyd edək ki, Nana Kvaku Bonsam ölkəsinin Panama ilə oyununda kameralara cadu ritualı edərkən görüntülənmişdi. Onun bu hərəkəti həmin vaxt dünya çempionatının əsas gündəm mövzularından birinə çevrilmişdi.

Xatırladaq ki, Bonsamın "futbol cadugərliyi” ilə bağlı gündəmə gəlməsi ilk dəfə deyil. O, 2014-cü il Dünya Çempionatı zamanı Kriştiano Ronaldonun zədələnməsini öz ayini ilə əlaqələndirdiyini iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru