“Mən Messinin nə etdiyinə baxmıram“ - Kilian Mbappe

Bu gün, 00:10           
“Mən Messinin nə etdiyinə baxmıram“ - Kilian Mbappe
DÇ-2026-da performansı ilə diqqət çəkən Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe maraqlı açıqlamalarla çıxış edib.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, futbolçu bombardir olmaq barədə düşünmədiyini deyib.

"Mən bombardir olmaq barədə düşünmürəm. Mənim üçün ən vacibi komandanın güclü oyun nümayiş etdirməsidir ki, özümüzə inamımız daha da artsın. Dünya çempionatlarında həmişə qol vurmuşam, buna görə də narahat olmağa heç bir ehtiyac yoxdur. Əsas istəyim Fransa millisinin inkişaf etməsidir. Çünki sona qədər irəliləmək istəyiriksə, bizi hələ qarşıda çox ciddi sınaqlar gözləyir", - deyə Mbappe vurğulayıb.

Fransız hücumçu argentinalı ulduz Messi ilə bombardirlik yarışı barədə suala da maraqlı cavab verib:

"Burada heç bir rəqabət yoxdur. Messi həmişə qol vurub və vurmağa da davam edəcək. Mən onun nə etdiyinə baxmıram. Yalnız öz komandama diqqət yetirirəm. Qol vurduqca həmin səviyyəyə yaxınlaşırsan, amma yenə təkrar edirəm, mənim üçün əsas məsələ Fransa millisinin inkişafıdır".

Xatırladaq ki, Argentina millisinin kapitanı Lionel Messi Avstriyaya qarşı keçirilən matçda (2:0) dubl edərək 18 qolla dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adını qazanıb. Mbappenin isə indiyədək mundiallarda vurduğu qolların sayı 16-ya çatır. Qeyd edək ki, hər iki komanda artıq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru