“Qalatasaray”da Sançes böhranı: gedir?

Dünən, 10:44           
“Qalatasaray”da Sançes böhranı: gedir?
“Qalatasaray”ın kolumbiyalı müdafiəçisi Davinson Sançes İtaliya A Seriyasının debütantı “Komo” klubu ilə transfer şərtlərində razılığa gəlib.
NOCOMMENT.az xəbər verir ki, Çesk Fabreqasın baş məşqçisi olduğu İtaliya təmsilçisinin 30 yaşlı stoperə illik 5 milyon avro maaş və 1.5 milyon avro bonus təklif etdiyi, futbolçunun da bu şərtlərlə razılaşdığı bildirilir.

Yerli mətbuatın yazdığına görə, sarı-qırmızılı rəhbərlik təcrübəli müdafiəçini asanlıqla buraxmaq niyyətində deyil və “Komo”dan gələn ilk rəsmi təklifi rədd edib. İstanbul klubu 2029-cu ilə qədər müqaviləsi olan Sançes üçün qapını olduqca yüksək - 35 milyon avroluq tələblə açıb. Türkiyə təmsilçisi İtaliya klubuna güzəştə getmək fikrində deyil.

Tərəflər arasında transfer danışıqlarının hansı məcrada davam edəcəyi diqqət mərkəzindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru