Çarli Kirkə atılan güllələrdən birinin üzərinə “Ey faşist, tut!” şüarı yazılıb

13-09-2025, 12:54           
Çarli Kirkə atılan güllələrdən birinin üzərinə “Ey faşist, tut!” şüarı yazılıb
ABŞ-də siyasi fəal Çarli Kirkin qətlində istifadə olunan patronların üzərinə irqçi şüarların yazıldığı aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə Yuta ştatının qubernatoru Spenser Koks keçirdiyi mətbuat konfransında bildirib.

Tüfəngə yüklənmiş patronların üzərində antifşist və LGBT hərəkatına aid şüarlar olub.

Patronlardan birinin üzərinə “Ey faşist, tut!” ifadəsi həkk olunub.

Başqa bir boşluqda isə İtalyan partizanlarının “Bella ciao” mahnısından sözlər yer alıb.

Qeyd edək ki, 31 yaşlı Kirk çərşənbə günü Yutanın Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib. O, aldığı yaradan xəstəxanada dünyasını dəyişib. Konservativ baxışları ilə tanınan aktivist Donald Trampın tərəfdarı olub və seçkilərdə Trampın qələbəsinə əhəmiyyətli töhfə verib. Bundan əlavə, Kirk dəfələrlə ABŞ-ın Ukraynaya hərbi yardımlarına qarşı çıxıb.

Qətldə şübhəli bilinən 22 yaşlı Tayler Robinson sentyabrın 11-i axşam saatlarında saxlanılıb. O, cinayət törətdiyini atasına etiraf edib.

ABŞ Prezidenti Donald Tramp ümid edir ki, cinayətkarın təqsiri sübut ediləcək və bu iş üzrə ona ölüm hökmü veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru