Gürcülərin əsassız iddialarına cavab vermək vaxtı gəlməyib?

Bu gün, 12:44           
Gürcülərin əsassız iddialarına cavab vermək vaxtı gəlməyib?
“Gözlərimizin qarşısında əsrin faciəsi baş verir - ruslar kütləvi şəkildə Gürcüstana köçürülür. Şah Abbas gürcüləri, xüsusən Kartli-Kaxetidə yaşayan əhalini köçürüb, onların yerinə başqa əhali yerləşdirərək Gürcüstanı gürcülərdən təmizləməyə çalışdığı vaxtdan bəri belə miqyasda bədbəxtlik yaşamamışıq”.
Bu sözləri Saakaşvili deyir. Çox istərdim tarixçi alimlər bu siyasətçiyə cavab versinlər. Gürcülərin, türk əhalini Gürcüstandan bolşeviklərin dəstəyi ilə necə təmizlədiklərini yazsınlar.
Əlbəttə, Gürcüstan qonşumuz və dostumuzdur, amma qonşu da, dost da həddini bilməlidir. Saakaşvili kimisinin sözləri əhalinin düşüncəsinə təsir edir və bizi, bizim böyüklərimizi düşmən qələminə verir. O üzdən cavabı verilməli və tarixi faktlar, mənbələr, gerçəklik isbat edilməlidir.
Tiflisə yolu düşən hər bir azərbaycanlı Tiflisin hələ də Şah Abbasın çörəyini yediyinə şahiddir. Şah Abbas hamamlarından hər saatına valyuta ilə qazanırlar. Lakin bir lövhədə belə adını anmırlar. Azərbaycan, Tiflisdən tarixə hörmət tələb etməlidir.
Şah Abbas düşmənçiliyi, yəni türk düşmənçiliyi rus-erməni təbliğatı ilə gürcü beynini - Saakaşvilini belə yanlış yönləndirib. Onun da Paşinyan kimi yuxudan oyanmasına ehtiyac var.
Anlamırlar ki, bizim Şah Abbaslarımız var olanda paytaxtı yalnız Mtsxeta olan kiçik gürcü krallıqları salamat qala bilirdi, qorunurdu. Türk, əlini çəkən kimi rusa yem oldular.
Şeytan Bazarın türk əhalisini, bolşevik-sovet rejiminin dəstəyi ilə Tiflisdən necə çıxardıqları da tarix dəftərlərində qalır. Bu gün Gürcüstan ərazisi sayılan torpaqlarda yaşayan türk əhalisi ilə siyasi davranışlar da göz qabağındadır.
Nankorlarla çətindir... istər xalq olsun, istər fərd...
Mehriban Vezir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]