Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

6-10-2025, 09:58           
Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb
Şəmkirdə piyadanı vurub öldürən sürücü tapılıb.

APA xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Ford" markalı yük avtomobilin sürücüsü, Hacıqabul rayon sakini olan 48 yaşlı B.Babayev saxlanılıb.

Xatırladaq ki, hadisə bu gün Bakı-Qazax avtomagistralının rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan naməlum avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 35 yaşlı D.Hüseynovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru