Minlərlə İran hərbçisi öldürülüb? – SAXAL rəsmi açıqlama yaydı

5-03-2026, 10:48           
Minlərlə İran hərbçisi öldürülüb? –
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehranın şərq hissəsində yerləşən iri hərbi kompleksə genişmiqyaslı hava zərbəsi endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək dəqiqliklə həyata keçirilib. Hədəfə alınan kompleksdə İranın əsas güc strukturlarının qərargahları yerləşib və obyekt iranlı əməliyyatçıların fəaliyyətinin koordinasiyası üçün istifadə olunub. İsrail tərəfinin açıqlamasına görə, hücum zamanı aşağıdakı komanda mərkəzləri vurulub:

İslam İnqilabı Keşikçiləri Korpusunın (SEPAH/Korpus) qərargahı

Kəşfiyyat idarəsinin qərargahı

“Bəsic” qüvvələrinin qərargahı

“Qüds” xüsusi təyinatlı qüvvələrinin qərargahı

Daxili təhlükəsizlik qüvvələrinin qərargahı

Kibermüharibə bölməsinin qərargahı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru