Polşada sirli qəbiristanlıq: Meyitlər üzüaşağı dəfn edilib - FOTO

25-03-2026, 12:08           
Polşada sirli qəbiristanlıq:
Polşada XVIII əsrə aid qəbiristanlıqda onlarla qeyri-adi məzar aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Arxeoloqlar hesab edirlər ki, həmin ərazidə cəmiyyətin qorxduğu və ya qəbul etmədiyi insanların qalıqları dəfn olunub.

Sözügedən qəbiristanlıqda üzərlərində oraqlar və qıfıllar yerləşdirilmiş məzarlar tapılıb.

Tədqiqatçılar bu qəribə tapıntıları vampir inancları ilə əlaqələndiriblər.

"Bəzi məzarlarda meyitlər üzüaşağı dəfn olunub. Bu ənənənin ölülərin dirilməsinin qarşısını almağa yönəldiyi güman edilir. Digər məzarlarda isə boyun nahiyəsinə sıxılmış oraqlar və ya bədənin müxtəlif hissələrinə qoyulmuş daşlar aşkar edilib", - deyə nəşrdə bildirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru