28 firmanı aldadan "azərbaycanlı biznesmenlər" dəstəsi TUTULDU - TƏFƏRRÜAT

27-03-2026, 00:01           
28 firmanı aldadan "azərbaycanlı biznesmenlər" dəstəsi TUTULDU - TƏFƏRRÜAT
Türkiyədə özlərini Azərbaycandakı şirkətlərdən birinin rəhbərləri kimi qələmə verən dələduz dəstə ələ keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, həmin şəxslər özlərini azərbaycanlı biznesmenlər kimi təqdim edərək guya iş birliyi vəd ediblər. Bu bəhanə ilə Kocaeli və digər bölgələrdə ümumilikdə 28 firmanı aldadaraq 105 milyon 861 min lirə (təxminən 4 milyon 65 min manat) pul ələ keçiriblər.

Daxil olan şikayətlər əsasında kibercinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları Kocaeli şəhəri başda olmaqla, 7 şəhərdə əməliyyat keçiriblər. Nəticədə 25 nəfər saxlanılıb. Onların dələduzluq cinayətində istifadə etdikləri mobil telefonlar, SİM kartlar, disklər və digər əşyalar maddi sübut kimi götürülüb. Saxlanılanlardan birinin barəsində 81 il 4 ay həbs cəzası verilən dəstə başçısı H.İ.A olduğu ortaya çıxıb.

Məhkəmə qərarı ilə 18 nəfər həbs edilib, 7 nəfər isə şərti qaydada sərbəst buraxılıb.

İstintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru