Bakıda ov tüfəngindən atəş açıldı: Hadisə yerində ölən və yaralanan var
27-03-2026, 00:12
Martın 26-da axşam saatlarında Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.