Yaşar İsakovdan Araz Ağalarovun evliliyinə MARAQLI REAKSİYA
1-04-2026, 12:44
Tanınmış jurnalist və sabiq dövlət rəsmisi Yaşar İsakov, "Crocus Group" şirkətinin təsisçisi, 70 yaşlı azərbaycanlı iş adamı Araz Ağalarovun 40 illik həyat yoldaşı İrina Ağalarovadan boşanaraq özündən 43 yaş kiçik olan 27 yaşlı Alyona İvanova ilə evlənməsi xəbərinə sosial şəbəkə hesabında maraqlı və ironik bir münasibət bildirib.
32gun.az bildirir ki, o İş adamının şəxsi həyatındakı bu dəyişikliyin mediada geniş müzakirə olunmasına toxunub.
Yaşar İsakov öz paylaşımında, "Araz Ağalarovun özündən 43 yaş kiçik qadınla evlənməsi xəbərini 21 sayt paylaşıb. Podumayeş! Mənim özümdən 15 yaş yarım kiçik xanımla evlənmək xəbərimi 22 sayt işıqlandırmışdı. Hələ anonsları demirəm...." sözlərini qeyd edib.