Milyonların axtardığı artefakt tapıldı: 2500 illik qızıl dəbilqə geri qayıdır

3-04-2026, 11:57           
Milyonların axtardığı artefakt tapıldı: 2500 illik qızıl dəbilqə geri qayıdır
Rumıniyadan gətirilmiş və bir il əvvəl yoxa çıxan 2 500 illik məşhur "Kotofeneşti" qızıl dəbilqəsi tapılıb. Bu nadir artefaktın axtarışı bütün dünyada aparılırdı.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qızıl dəbilqə və digər zərgərlik nümunələri 2025-ci ilin yanvar ayında Niderlandın şimalında yerləşən Drente muzeyindən oğurlanmışdı. Bir neçə oğru muzeyə daxil olmaq üçün fişəng və digər partlayıcı maddələrdən istifadə edərək vitrinləri sındırmışdılar. Cinayətkarlar məkandan qızıl dəbilqə və üç qızıl bilərziklə birlikdə uzaqlaşmağı bacarmışdılar.

Bu oğurluq faktı Niderland mediasının əsas mövzusuna çevrilmiş, əşyaların milli sərvət hesab edildiyi Rumıniyada isə ciddi qəzəb doğurmuşdu. Hadisədən sonra Niderland hökuməti tarixi artefaktların geri alınması və axtarış işləri üçün 5.7 milyon avro vəsait ayırmışdı. Ekspertlər dəbilqənin tapılmasını son illərin ən mühüm arxeoloji xəbəri kimi qiymətləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru