Rusiyada təyyarələrə avtomobil benzini vururlar: yanacaq böhranı kritik həddə çatdı

Bu gün, 00:15           
Rusiyada təyyarələrə avtomobil benzini vururlar: yanacaq böhranı kritik həddə çatdı
Rusiyada yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlar daha da artır.

TEREF xəbər verir ki, Rusiyada aviasiya yanacağının qıtlığı və qiymətlərin sürətlə artması fonunda kiçik aviasiyada adi avtomobil benzini ilə uçuşların sınağına başlanılıb.

Məlumata görə, “Euro-3” standartlı avtomobil benzini artıq bəzi təyyarələrdə test olunur. Bildirilir ki, bir sıra regionlarda aviasiya benzininin ehtiyatları cəmi 1–1,5 ay ərzində tükənə bilər.

Xüsusilə An-2 təyyarələrinin sahibləri yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirlər. Onların fikrincə, mövcud qiymət artımı və çatışmazlıq kiçik aviasiyanın fəaliyyətini ciddi təhlükə altına salır. (Musavat.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru