TRIPP + ticarət fonduna bu rus rəhbərlik edəcək

Bu gün, 00:02           
TRIPP + ticarət fonduna bu rus  rəhbərlik edəcək
Korrekt.az xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, Konstantin Sokolov Ermənistandan keçən TRIPP + ticarət layihəsinin rəhbəri təyin olunacaq. Qəzetin məlumatına görə, ABŞ Dövlət Departamenti təyinatı ötən cümə günü təsdiqləyib.

“Rusiya doğumlu, Çikaqoda yaşayan özəl kapital investoru Konstantin Sokolov Dövlət Departamentinin yeni vençur fonduna sədrlik edəcək. Fondun Mərkəzi Asiya ticarət dəhlizi üçün 200 milyon dollardan çox vəsaitə, o cümlədən nəqliyyat, enerji infrastrukturu və əsas minerallara investisiyalara nəzarət edəcəyi gözlənilir”, – deyə nüfuzlu nəşr yazıb və Sokolovun əvvəllər heç bir dövlət vəzifəsi olmadığını əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru