Bu tarixdə qısa iş günü olacaq

8-05-2026, 12:08           
Bu tarixdə qısa iş günü olacaq
Azərbaycanda bu həftəsonu vətəndaşları uzunmüddətli istirahət gözləyir.

Tribuna.az xəbər verir ki, bayramla əlaqədar olaraq həm iş saatlarında dəyişiklik ediləcək, həm də əlavə qeyri-iş günü tətbiq olunacaq.

Mövcud əmək qanunvericiliyinə əsasən, bayramdan əvvəlki gün hesab olunduğu üçün 8 may tarixində iş günü bir saat tez başa çatacaq.

9 May – Qələbə Günü ölkədə rəsmi istirahət günü sayılır. Bu tarix şənbəyə düşdüyündən, istirahət gününün kompensasiyası məqsədilə əlavə qeyri-iş günü müəyyənləşdirilib. Buna görə də 11 may bazar ertəsi də işlənilməyəcək.

Nəticədə, beşgünlük iş rejimində çalışan şəxslər ardıcıl olaraq üç gün – 9, 10 və 11 may tarixlərində istirahət edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru