"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi
Bu gün, 17:44

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" 2026-cı ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəlirləri bazar proqnozlarından cüzi aşağı olsa da, əməliyyat mənfəəti üzrə göstəricilər analitiklərin gözləntilərini üstələyib.
Şirkətin açıqladığı məlumata görə, ikinci rübdə gəlirlər 23,06 milyard avro təşkil edib. Bu göstərici bazarın 23,1 milyard avroluq proqnozundan bir qədər aşağı olub.
Gəlirlərdə cüzi azalmaya baxmayaraq, "Mercedes-Benz"in əməliyyat göstəriciləri güclü olub.
Şirkətin düzəldilmiş FAVÖK-ü (faiz, vergi, amortizasiya və köhnəlmə xərclərindən əvvəlki mənfəət) 2,3 milyard avroya çatıb. Bu, bazarın 1,72 milyard avroluq gözləntisini xeyli üstələyib.
Avtomobil bölməsinin düzəldilmiş FAVÖK-ü isə 909 milyon avro olub. Halbuki analitiklər bu göstəricinin 838,2 milyon avro olacağını proqnozlaşdırırdılar.
Bundan əlavə, avtomobil bölməsinin düzəldilmiş satış rentabelliyi (ROS) də gözləntilərdən yüksək olub. Göstərici proqnozlaşdırılan 3,75 faiz əvəzinə 4 faiz səviyyəsində qeydə alınıb.
"Mercedes-Benz" maliyyə nəticələri ilə yanaşı, 2026-cı il üzrə proqnozlarını da yeniləyib.
Şirkət əvvəllər cari ildə gəlirlərin ötən illə müqayisədə sabit qalacağını gözlədiyini bildirsə də, yeni proqnozunda gəlirlərin əvvəlki illə müqayisədə cüzi azalacağını açıqlayıb.

