ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisar: Ştatın 30%-i azaldıldı

Bu gün, 11:08           
ABŞ Milli Kəşfiyyatında kütləvi ixtisar: Ştatın 30%-i azaldıldı
ABŞ Milli Kəşfiyyat Direktorunun Aparatında son bir neçə həftə ərzində əməkdaşların təxminən 30%-i ixtisar edilib.

Bu barədə ABŞ Milli Kəşfiyyatının direktor vəzifəsini icra edən Bill Pulti "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, iyulun 28-də ixtisarların beşinci və demək olar ki, sonuncu mərhələsinə start verilib.

"Son bir neçə həftə ərzində qurumun ştatı ümumilikdə təxminən 30% azaldılıb", - deyə Bill Pulti bildirib.

Xatırladaq ki, "The Washington Post" qəzeti iyulun 23-də ABŞ administrasiyasının Konqresə təqdim etdiyi məlumatlara istinadən yazmışdı ki, Milli Kəşfiyyat Direktorunun Aparatı iyunun əvvəlindən etibarən təxminən 200 əməkdaşı ya ixtisar edib, ya da başqa vəzifələrə keçirib.

Nəşrin məlumatına görə, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlində qurumda təxminən 2 min əməkdaş çalışırdı. Hazırda isə bu rəqəm demək olar ki, iki dəfə azalıb.

Qeyd edək ki, iyun ayında Bill Pultinin qurumda genişmiqyaslı ixtisarlara başladığı barədə məlumat yayılmışdı. CNN telekanalının məlumatına əsasən, Donald Tramp onu Milli Kəşfiyyatın müvəqqəti rəhbəri təyin edərkən qarşıya qoyulan əsas məqsədlərdən biri yüzlərlə əməkdaşın ixtisar edilməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru