Qalxınma yolu projesi kimə sərf etmir?

Bu gün, 15:08           
Qalxınma yolu projesi kimə sərf etmir?
Zayd Ali adlı facebook istifadəçisi İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Həsəninin Türkiyə ilə “Qalxınma Yolu” anlaşmasını imzalamaq istəməməsini İrana bağlamamağıma xeyli təəccüblənib. Doğrudan da maraqlıdır: Müqaviləni bağlamaqda tərəddüd edən İraqlı nazirdir. Müqavilə Türkiyə ilə İraq arasında bağlanır. Bəs mən niyə bu hadisəni İranla əlaqələndirirəm?
Əvvəla, İraqdakı əksər nazirlərin Həşdi-Şabinin xeyir-duasını almadan seçilməsinin mümkün olmadığı Zeyd Ali əfəndidən başqa hər kəsə bəllidir.
İkincisi, Vəhb Salman əl-Həsəninin imzalamaq istəmədiyi “Qalxınma Yolu” projesi İrandan başqa bütün region dövlətlərinin maraqlarına uyğundur. Məsələn, İranın cığallığı nəticəsində Hörmüz boğazı yolu bağlanan Küveyt bu proje ilə öz neftini və qazını İraqa, ordan isə Türkiyə vasitəsilə Avropaya, Bəsrə-Hadisə-Akabe limanı boru kəməri ilə İordaniyaya uzanacaq və Aralıq dənizinə nəql edə biləcək. Beləcə, İranın Hörmüz blokadasından canını qurtaracaq.
Eynilə, Qətər də öz sıxılmış qazını “Qalxınma yolu” vasitəsilə Avropaya daşıyacaq.
Bəhreynin də, Birləşmiş Ərəb Əmirliklərinin də “Qalxınma yolu” üzərindən Avropaya açılması planlaşdırılır.
Məhz bu səbəbdəndir ki, 2024-cü ilin aprel ayında İraq, Türkiyə, Qətər və BƏƏ “Qalxınma yolu” marşrutu üzrə əməliyyat çərçivəsini müəyyənləşdirən anlaşma memorandumu imzalamışdılar. Anlaşmaya görə, layihəyə bu 4 dövlət təxminən 17 milyard dollarlıq investisiya yatıracaqlar. Təbii ki, körfəz ərəbləri milyarlarla dollarlarını havaya sovurmazlar.
Eyni zamanda körfəz ölkələrinin idxalatları da bu proje fəaliyyətə başladıqdan sonra Qalxınma yolu üzərindən həyata keçiriləcək. Dolayısıyla “Qalxınma yolu”nun faydasını təkcə körfəz ölkələri və Türkiyə deyil, həm də Avropa ölkələri də görəcək. Sözsüz ki, projedən ən çox qazananlardan biri isə İrana bağlı proksi məmurları sayəsində hazırda işçilərinin maaşını verə bilməyən İraq olacaq. İraq naziri isə nədənsə o müqaviləni imzalamaq istəmirdi.
“Qalxınma Yolu” projesinin yeganə zərəri İrana dəyəcək. Çünki bu proje sayəsində İranın ən strateji “silahlarından” biri hesab olunan Hörmüz boğazı öz əhəmiyyətini itirəcək.
Elədirsə, mən İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Həsəninin Türkiyə ilə “Qalxınma Yolu” anlaşmasını imzalamaq istəməməsinin səbəbini kimə bağlayım? Epsteyn mafiyasının ən tanınmış üzvü Donald Trampa, yoxsa uşaq qatili Netanyahuyamı?
Heydər Oğuz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru