Erməni vəkil Prezident İlham Əliyevdən kömək istədi
Bu gün, 11:32
Hazırda Bakıda həbsdə olan erməni separatçısı Lyüdviq Mkrtçyanın vəkili Ermənistan Yetimlərinə Yardım Cəmiyyətinin (SOAR) rəhbəri Lusiana Minasyan Prezident İlham Əliyevə müraciət edib.
Tribuna.az xəbər verir ki, müraciətə səbəb iyulun əvvəlindən Mkrtçyanın ailəsi ilə telefon danışığöının kəsilməsidir.
Minasyan dövlət başçısından xahiş edib ki, erməni dustaqla ailəsi arasında əlaqənin yaradılmasına yardımçı olsunm. “Sizdən xahiş edirəm ki, ona həyat yoldaşı ilə telefonla danışmaq üçün şəraitin yaradılmasına göstəriş verəsiniz”.