Nadir torpaq elementləri – enerji keçidinin görünməyən gücü!

Bu gün, 10:38           
Nadir torpaq elementləri – enerji keçidinin görünməyən gücü!
Türkiyənin Eskişehir vilayətindəki Beylikova yatağı dünya mediasında “694 milyon ton” kimi təqdim olunur. Bu rəqəm filizin ümumi həcmini göstərir. İqtisadi baxımdan çıxarıla bilən nadir torpaq oksidləri təxminən 12,5 milyon tondur. Bu da çox böyük ehtiyyatdır. Faktiki olaraq bu vacib Nadir metallar üzrə Türkiyə dünyada üçüncü yerə çıxır
Bu elementlər olmadan nə elektrik avtomobilləri, nə külək turbinləri, nə də müdafiə sənayesinin yüksək texnologiyaları mövcud ola bilər.
Hazırkı qiymətlər:
-NdPr oksidi: ~110 $/kg – EV mühərrikləri və külək turbinləri üçün maqnitlər
-Disprosium (Dy): ~190 $/kg – yüksək temperatur maqnitləriTerbium (Tb): ~840 $/kg – müdafiə və lazer texnologiyaları
- Samarium (Sm): ~4,5 $/kg – xüsusi maqnitlər və nüvə texnologiyası
Dünyada liderlər: Çin, Braziliya, Avstraliya, ABŞ və Rusiya.
Türkiyə – yeni oyunçu, amma texnologiya və beynəlxalq təsdiq olandan sonra üçüncü yerə çıxır.Təsdiq olunan ehtiyyatları hətta Rusiyadan 3-4 dəfə çoxdur.
Azərbaycan – Zəngəzur və Böyük Qafqazda yeni kəşflərlə potensial var, amma hələ hasilat yoxdur.
Saleh Məmmədov, professor












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru