Rusiyanın Baltiysk şəhərində büstü qoyulmuş azərbaycanlı vitse-admiral

Bu gün, 10:54           
Rusiyanın Baltiysk şəhərində büstü qoyulmuş azərbaycanlı vitse-admiral
Rusiyanın Baltiysk şəhərində büstü qoyulmuş azərbaycanlı vitse-admiral Həmid Həbib oğlu Qasımbəyov. Həmid Qasımbəyov - 1923-cü ilin mayın 3-də Naxçıvanda anadan olub. 1945-ci ildə Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisi ilə, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib. 1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub. 1970-ci ildə Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi təyin edilib. 2005-ci ildə Bakıda vəfat edib.
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru