Səudiyyə Ərəbistanı artıq İrana qarşı müharibəyə qoşuldu.
Bu gün, 15:02
Bu məlumatı Amerika Ordusunun Mərkəzi Komandanlığı yayıb. Məlumatda bildirilir: "ABŞ Mərkəzi Komandanlığı və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri iyulun 28-də İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ qüvvələrinə və Səudiyyənin enerji infrastrukturuna hücum etmək üçün yönləndirdiyi İrana bağlı terrorçulara qarşı dəqiq zərbələr endirib. ABŞ və Səudiyyə Ərəbistanı qırıcı təyyarələri son 72 saatda 30-dan çox SEPAH-nin idarə etdiyi pilotsuz uçuş aparatlarının hücumuna güclü cavab olaraq İraqın şərqində bir çox terrorçuların logistika və silah obyektlərinə zərbələr endirib. ABŞ qüvvələrinə qarşı əsassız hücumlar uğurlu alınmadı. 2026-cı ilin fevralından aprel ayına qədər İraqda İrana dəstək verən terror qruplaşmaları tərəfindən ABŞ vətəndaşlarına və obyektlərinə 600-dən çox hücum cəhdi olub. SEPAH və onun terrorçu müvəkkilləri ABŞ-ın əlavə hərbi reaksiyasından qaçmaq üçün bu hücumları dayandırmalıdır". Heydər Oğuz