ABŞ Senatı Rusiya və İran qarşı sanksiyalara "bəli" dedi
Bu gün, 12:56
ABŞ Senatı, senator Lindsi Qrehemin (R-S.C.) 2022-ci ildən bəri üzərində işlədiyi Rusiya və İran sanksiyaları qanun layihəsi ilə bağlı ilk prosedur səsverməsini keçirdi. Səksən altı senator "bəli" səs verdi. Qanun layihəsi Rusiya rəsmilərinə, oliqarxlara və onların ailə üzvlərinə, banklara, maliyyə qurumlarına, Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən xarici şəxslərə və şirkətlərə, eləcə də sözdə "kölgə donanmasının" gəmilərinə sanksiyalar tətbiq edəcək. Sənəd həmçinin ABŞ-a əhəmiyyətli miqdarda Rusiya neft və qazı alan və ya enerji sanksiyalarından yayınmağa kömək edən dövlətlərə hədəflənmiş idxal tarifləri tətbiq etmək səlahiyyəti verir. Cavanşir Əhməd