Şapalağı əl ilə yox sözlə də vurmaq olur.

Bu gün, 11:34           
Şapalağı əl ilə yox sözlə də vurmaq olur.
Dünyaca məşhur alman yazıçısı Haynrix Böllin "Mənim bahalı ayağım" hekayəsində insanın ləyaqətini bir cümlə ilə müdafiə edən möhtəşəm bir səhnə var.
Müharibədə bir ayağını itirmiş 29 yaşlı veteran iş axtarır. Məmur ona Respublika meydanındakı ictimai ayaqyolunda çəkmə təmizləməyi təklif edir və laqeyd şəkildə deyir:
— Amputasiya olunan ayağınızı hesaba almasaq, tam sağlam adamsınız. Gedin işləyin.
Gəncin cavabı isə təkcə həmin məmura yox, unutqan cəmiyyətə ünvanlanmış sillədir:
— Məsələ ondadır ki, mənim ayağım indi layiq olmadığı təqaüdü alan neçə-neçə adamı xilas edib.
Bəzən ən ağır ittiham qışqırıqla deyil, sakit deyilən bir cümlə ilə səslənir. Şapalağı əl ilə yox sözlə də vurmaq olur.
Gunel Musa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru