KORLARIN HEKAYƏSİ...
9-04-2026, 16:04

Təpələri, dərələri aşağı-yuxarı gəzməyi sevən təkgözlü bir kişi var imiş. Elə hey gəzib dolaşarmış. Bir gün o, uzaqlarda rəngləri qarışıq bir kənd görür. Al-əlvan rənglərlə dolu, qəribə bir kənd. Maraq onu bürüdüyündən, kəndə sarı getməyə başlayır. Kəndin yolları qəribə, evləri qəribə, adamları qəribə idi. Kəndə girəndə məsələni başa düşür. Bu, korlar kəndi imiş.
Qadının, kişinin, uşaqların, bir sözlə, hamının gözü bərk-bərk bağlıymış. Bir gözlü adam, - Heç olmasa bir gözüm var. Deyərlər ki, korlar ölkəsində korların padşahdır. Mən burda qalıb, onların padşahı olacağam".- deyib burada yaşamağa qərar verir.
Kor insanların gözləri olmasa da, əlləri, qulaqları və burunları çox həssas idi. Özləri üçün qurduqları bir tərzdə, yaşayıb keçinirdilər. Kişi onların əslində fərqli olan yerişlərinə, danışıqlarına heyrətlə baxırdı.
Bir gün korlardan biri başqasının malını oğurlayır. Bunu yalnız bir gözlü kişi görür və - filankəs filankəsin malını oğurladı. – deyə qışqırmağa başlayır. - Hardan bilirsən, dedilər korlar, - o qədər uzaqdan eşidə bilməzsən ki? Kişi - eşitmədim, gördüm. Gözlərim var, görürəm – deyir. Korlar gözdən, görmədən heç nə bilmirdilər. Onlar bu hissi çoxdan unutmuşdular. Dedilər: - “Görmək nə deməkdir? Necə görürsünüz, eşitmədiyiniz məsafədən nə baş verdiyini anlaya bilirsinizmi?
-Əlbəttə başa düşürəm. - dedi kişi.
-Sənə inanmayacağıq, səni sınayacağıq - korlar deyir.
Adamı götürüb uzaq bir yerdə saxlayırlar. Onlar öz təcrübələrindən əmin idilər ki, o uzaq məsafədən heç nə eşidilmir. Sonra kişidən soruşdular: - De görək, indi nə edirik?
Kişi dedi: - Oturursunuz, qalxırsınız, qaçırsınız, yeyirsiniz, bu belə edir, o belə ediri və s. Sonra korlar bir evə girib qışqırdılar. - “İndi de görək nə edirik?” -İçəri girdiniz, görmürəm axı. - dedi kişi.
- Bəs nə oldu, içəri girdik, əlli santimetr fərq var, - dedilər. Aranızda divar var, amma. Mən divarın arxasını görə bilmərəm axı. - dedi kişi.
Korlar dedilər: “Sən bizə atırsan”.
Kişi dedi: - Çıxın çölə, nə etdiyiniz hər şeyi deyim.
- Nə fərq edər, ya içəridən, ya çöldən. Eşitsən, deyərdin! – dedilər korlar.
-Ancaq mən eşitmirəm, görürəm. - kişi deyir.
Korlar kişi ilə heç cür razılaşmayıb, - belə bir şey olmaz. Səndə bir problem var. Boş-boş danışırsan, qəribə şeylər söyləyirsən. Sizi həkim müayinəsindən keçirəcəyik.
Adamı tələsik həkimə gətirirlər. Həkim də təbii ki, kordur. Əlləri ilə yoxlamağa başlamış. - “Tapdım” - deyib, kişinin açıq gözünü içəri doğru basmağa başlayır: - Ona görə də boş-boş danışır, indi düzəldərəm.
Korlar ölkəsində padşah olmaq istəyən səyyah çətinliklə özünü onların əlindən xilas etməli olur.
Korlar görənləri başa düşə bilməzlər. Onun boş-boş danışdığını zənn edərlər. Onu düzəltmək və özünə oxşamaq üçün gözlərini çıxarmağa çalışarlar. “Kor tutduğunu buraxmaz” məsəli də, buradan yaranıb.
Есмира Шукурова
TEREF

