Tanrıçılıq dininin 9 özəlliyi

10-04-2026, 12:54           
Tanrıçılıq dininin 9 özəlliyi
Tanrıçılıq dininin 9 özəlliyi:
1) Yalavacı (Tanrı elçisi) yoxdur, çünki bu din ayrıca bir yalavacın yaradıcılığı deyil, bütöv toplumun yaşadığı türk törəsi, qutsal sayılan kultlar əsasında yaratdığı kollektiv inanc sistemidir.
2) Dini məbədi yoxdur, çünki qutsal saydığı tapınaqları var, uyqun dönəmdə orada toplaşıb, tanrıya alqış deyir, qurbanlar sunulur. Tanrıçılıqda dini quralları qoruyan qamlar (kam) var, bəzi türk ellərində ulu xaqan baş qam sayılırdı.
3) Dini yönümlü məktəbləri yoxdur, çünki tanrıçı türklərin yaşam boyu mənimsəyib alışdıqları törə quralları tanrıçılıq inancında bilgə qamların nəzarəti altında davam etmiş və gündəlik söhbətlərdən tutmuş, müxtəlif məclis və törənlərdə el ağsaqqaları və ozanların nəsihətini dinləmişlər.
4) Tanrını insan biçimində təsəvvür edən (antropomorfizm) bir sıra xalqlardan fərqli olaraq, yaşadığı tarix boyunca türk etnosunda bunun izi yoxdur, bu toplumda tanrı bədizi, büt gələnəyi olmamışdır.
5) Tanrıçılıq dini baxışına görə, bütün kainatı, dünyanı və oradakı varlıqları yaradan Tək Tanrıdır. Yaratdığı evrəni (kainatı) iyələr vasitəsilə Özü idarə edir, Onun əsas epiteti Yaradıçı, Yaradan deyimidir.
6) Varlığı yaradan, yaşadan, qoruyan, yox edən Tanrı yaratdığı insanların duasını qəbul edir, bağışlayır.
7) Tanrıçılıq dinində tanrı yaratdıqlarına can, nəfəs anlamında tın, yaşam təpəri anlamında qut verir. Tın kəsiləndə adam ölür, qutu quş donunda Uçmağa (tanrı məkanına) uçur.
😎 Türklərdə təktanrı inancına qədər çoxtanrılıq olmadığı üçün türk inancı ilə ilgili qaynaqlarda «tanrılar» deyimi də yoxdur. Ədəbiyatda tanrı kimi verilən iyələr isə tanrı yox, tanrının yaratdığı varlıqların sahibləri, yiyələridir, Bağa, Bayat, Umay, Gün, Ay, Öd kimi bir sıara iyə adları da tanrının epitetləridir.
9) Doqmatik dinlərdən, özəlliklə sami dinlərindən fərqli olaraq özgürlüyə, insan haqlarına böyük önəm verən tanrıçılıq tolerant dindir, tarixboyu tanrıçı toplumda nə öz dini inanclarını başqalarına qəbul etdirmək istəyi, nə də başqa dinlərə qarşı savaş olmamışdır.
Firidun Cəlilov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru