“Əlləri ilə toxunub hiss edirdi”, -

4-05-2026, 08:04           
“Əlləri ilə toxunub hiss edirdi”, -
"Sara xanımın 91 yaşı var idi, gözü görmürdü. Məni onun yanına aparanda əli ilə mənə toxundu. Bir dəfə toxunmaqla qarşısındakının kim olduğunu bilirdi. Hər dəfə evinə gedəndə kilidi açarkən əlini mənə toxundurub deyirdi: “Seviçka, eto tı?”. Onun icazəsi olmadan ikinci adam evinə girə bilməzdi. Çox kübar və ciddi xanım idi. Evə girəndə anladım ki, təkcə nahar verməklə kifayətlənmək olmaz. Sara xanımın özü də baxımsız vəziyyətdə idi. Hər yer kir içində idi. Ona görə də həmin bir otaqlı evi də səliqəyə salmağa başladım.

Artıq onun kimin qızı olduğunu bilirdim və ona qulluq etməyi fəxr hesab edirdim. Ondan daha çox hansı yeməyi xoşladığını soruşdum. Bildirdi ki, badımcan qızartmasını və soğanı sevir. Onun meyvəsini də əskik etməzdim. Çox az yeyirdi. Hətta öz evimizdə yemək hazırlayıb aparırdım. Səliqəyə də çox fikir verirdi. Ancaq belə xüsusiyyəti də var idi ki, nəyisə xoşalmırdısa, onu etmək olmazdı. Məsələn, stolun üstündə nəsə var idisə, icazəsiz heç kim ona toxuna bilməzdi. Gələni-gedəni yox idi, tək yaşayırdı. Bəzən isə jurnalistlər gəlib müsahibə götürürdülər. Evdə bir divanı, onun qarşısında da stolu var idi. Həmişə o divanda sakitcə oturardı. Həm ciddi, kübar, həm də mehriban qadın idi. Onun qara rəngdə aypara formasında darağı var idi. Saçlarını yuyub qaydasına salandan sonra başına taxırdım. Deyirdi ki, sən çox təmizkar qızsan, sən gələndən evdə yaxşı ab-hava yaranıb. Çox qürurlu bir xanım idi. Heç vaxt özünü sındırmazdı. Bəzən yeməyi yubana bilərdi. Ancaq o, heç vaxt kiməsə ağız açmazdı. O qadın mənim üçün müəllimə, həyat dərsi oldu", - Sara xanıma qulluq edən Sevinc Mustafayeva.
Müsavat com.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru