Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər? - VİDEO

Bu gün, 11:38           
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər? - VİDEO
Rusiya prezidentinin Çin lideri ilə çay süfrəsi arxasında apardığı müzakirələrin gərgin keçməsi ilə bağlı açıqlamalar Putinin Pekinə səfərindən əvvəl baş verən bir məqamı yenidən gündəmə gətirib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi daha əvvəl açıqlamışdı ki, Vladivostokda Vladimir Putin və Si Cinpin çay süfrəsi arxasında Ukrayna, İran və Amerika Birləşmiş Ştatları ilə münasibətlər kimi beynəlxalq məsələləri müzakirə edəcəklər. Vaxt keçdikdən sonra görüş baş tutdu, lakin görünür, çay süfrəsi arxasındakı söhbət kifayət qədər gərgin olub.


Mövzuya yeni çalar qatan digər məqam isə Putindən əvvəl Donald Trampın Çinə səfəri ilə bağlıdır. "Financial Times" nəşrinin iddiasına görə, Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampa bildirib ki, Vladimir Putin sonda Ukraynanı işğal etdiyinə görə peşman olacaq.

Məlumata əsasən, Çin lideri bu fikri Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr zamanı səsləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru