Yuri Qaqarin Fransa hökumətinin hədiyyəsi olan "Matra Djet" avtomobili ilə.

Bu gün, 12:14           
Yuri Qaqarin Fransa hökumətinin hədiyyəsi olan "Matra Djet" avtomobili ilə.
Birinci kosmonavt 1965-ci ildə Le Burje aviasərgisində iştirak etmək üçün Fransaya getmişdi. Həm aviasiya və kosmik texnologiya, həm də avtomobil istehsalı ilə məşğul olan "Matra" şirkəti üçün ayrılan məkanda "Matra Djet"i görüb bəyənmişdi.
Bu, şirkət əməkdaşlarının gözündən yayınmadı. Onlar Qaqarinə bir nüsxə hədiyyə etmək qərarına gəldilər. Lakin maşın Moskvaya Fransa hökuməti adından göndərildi.
Qaqarin SSRİ-də yeganə olan bu avtomobili çox sevsə də, az-az sürürdü. Çünki "bizimkini yox, kapitalistlərin maşınını bəyənir" söz-söhbətinə rəvac vermək istəmirdi.
O zaman prezident de Qoll SSRİ ilə isti münasibətlər qurmuşdu, amma bu Fransanın kapitalist ölkəsi olması faktını dəyişmirdi.
Qaqarinin ölümündən bir müddət sonra Valentina Qaqarina "fransız"ı litvalı avtomobil kolleksiyaçısı Kestutis İndzulasa satdı. Avtomobil indi də Litvadadır.
Yadigar Sadigli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru