Misirdə 3000 illik məqbərə aşkarlandı - FOTO

Bu gün, 16:38           
Misirdə 3000 illik məqbərə aşkarlandı - FOTO
Leyden Universitetinin niderlandlı arxeoloqları Misirin cənubundakı Əl-Üksür şəhəri yaxınlığında qədim məqbərə aşkar ediblər.

Bu barədə "Le Figaro" nəşri yerli hakimiyyət orqanlarının bəyanatına istinadən xəbər verir.

Məlumata əsasən, söhbət Qurna ərazisindəki Fiva nekropolunda yerləşən dəfn yerindən gedir. Misirin Turizm Nazirliyinin bildirdiyinə görə, məqbərə planlı qazıntılar zamanı tapılıb.

Mütəxəssislər divar yazılarının xarakterik bədii üslubuna əsaslanaraq məqbərəni Ramessidlər dövrünə (e.ə. təxminən 1292-1069-cu illər) aid edirlər. Arxeoloji missiya tapıntının sənədləşdirilməsini davam etdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru